Siyasi və Hüquqi Araşdırmalar Mərkəzi (SHAM) qeyri-hökümət təşkilatı olaraq Bakı şəhərində yerləşməklə 2019-cu ildən fəaliyyət göstərir (13.04.2023-cü il tarixdə qeydiyyatdan keçib). SHAM-ın yaradılmasında əsas məqsəd ölkə daxilində və xaricində siyasi, hüquqi və strateji araşdırmalar, tədqiqatlar, təhlillər aparmaq və nəticələrindən asılı olaraq ölkədə siyasi, hüquqi və digər istiqamətlərdə islahatlara dəstək vermək, təkliflərlə çıxış etmək, habelə əhali arasında siyasi və hüquqi maarifləndirmə işini aparmaqla bu sahədə biliklərin artırılmasına yardım etməkdir.

SHAM qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün nəzəri və praktiki tədbirlər həyata keçirir, müxtəlif təlimlər, kurslar və seminarlar, dəyirmi masalar və görüşlər təşkil edir, analitik materiallar hazırlayır, yerli və xarici qeyri-hökumət təşkilatları, regional və beynəlxalq qurumlar ilə əməkdaşlıq edir, onlarla birgə layihələri icra edir, çap mediası təsis edir və fəaliyyət istiqamətlərinə uyğun olaraq digər işləri görür.